ƏYSİYİ VAR
Düz yol getməyəni heç qınamıram,
Ağıl tamlığından az əysiyi var. Ağzında kəlməni dürüst deməyən, Bəllidir, dilində söz əysiyi var. Olmaz saf insana əyri baxmağın, Doğruya layiqmi ləkə yaxmağın? Hara gəldi özün salan axmağın Sifəti nöqsandı, üz əysiyi var. Hərənin özünün vardır öz adı, Hər meyvə saxlayar bir tamı-dadı. Kimin ürəyində olmasa odu, Alışmaz ocağı, köz əysiyi var. Ağızdan avara yara yetirər, Bağı becərməyən qanqal bitirər. Beyhudə əlləşən əmək itirər, Yoxdur bir cığırı, iz əysiyi var. Xain xoflu olar, nahaq söz elər, İkidə bir durub xalqa naz elər. Əflatun, gözləmə əyri düzələr, Əyri düzəlməz ki, düz əysiyi var. |
Kalemin susmasın
________________________Selamlar