OLSUN GƏRƏK (Zəncirvari qoşma)
Sözü bir kimi deməyə nə var,
Məntiqi, mənası düz olsun gərək. Hər sözü yerində işlətmək üçün Ağlın, huşun daim saz olsun gərək. İnsanın ağlının meyarıdır söz, Haqqı bilən kəsin həm yarıdır söz. Kişinin namusu, bir arıdır söz, Dediyin kəlmələr söz olsun gərək. Özün dediyinə özün qiymət qoy, Sonra peşman olub, çəkməyəsən hoy. Boş yerə lovğalıq bir adamlıq döy, Həqiqət deməyə üz olsun gərək. Hər həqiqət sözü bağlı bir himə, Necə qandırasan o ağlı kəmə? Beş-üç nəfər üzü boza söz demə, Səni dinləyənin yüz olsun gərək. Əflatun, səni heç bilərmi naşı, Hikmət kəlməsindən çıxarmı başı? Kor nə bilər nədir üzüyün qaşı, Qiyməti verməyə göz olsun gərək. |