OLDU MƏNİM
Gəldim bu dünyaya sevgi qarışıq,
Bağrımın başında köz oldu mənim. Axtardım baharı-yazı durmadan, Gördüyüm qarşıda güz oldu mənim. Arzum qanadlandı göylərə sarı, Ummadım dövləti, ummadım varı. Həmişə gözlədim mən düz ilqarı, Qarşımda bozarmış üz oldu mənim. Könlüm dəryalarda bir tənha gəmi, Mənə sirdaş oldu hicranın qəmi. Yazdım öz duyğumu, öz düşüncəmi, Yenə də həmdəmim söz oldu mənim. Taledən qismətim beləymiş demə, Əflatun, qəmlənib dərd-kədər yemə. Gələn Haqdan gəlir, nə yazıb kimə, Öz əhdim-peymanım düz oldu mənim. |