SEV VƏTƏNİ ÜRƏKDƏN!
Bu gözəl vətənimiz
Aranlıdır, dağlıdır. Kim harda yaşasa da, Yenə yurda bağlıdır. Aranda isti qucaq, Dağda qeyrət rəmzi var. Yurdunu bəyənməyən Çəkər elə ahu-zar. O kəslər xoşbəxtdir ki, Yurdun qədrini bilir. Vətəni gülən zaman Şadlanır, o da gülür. Vətən böyük nemətdir Anlayan hər bir kəsə. Vətəndaşın borcudur Vətən üçün hey əsə. Onu sevməyənləri Vətən kənara atar. Belə naşükürləri Vətən heçliyə qatar. Yurda xoş gün arzusu Gözəldir hər diləkdən. Vətənsiz quş da olmaz. Sev vətəni ürəkdən! 24.09.2018. |
Kalemin susmasın
_______________________________Selamlar