AY ŞAİRŞiirin hikayesini görmek için tıklayın (Şair -rəssam Hacı Rizvan İsmayılın " Ay şair qardaş " şerinə cavab )
Kiçik bir köz yenə azlıq eyləyər,
Gəl sənə gur tonqal verim ay şair. Şeir bağçasından əlvan bir çələng, İstəsən səninçün hörüm ay şair. Əsil şair olan indi çox azdı, Naqqal, boşboğazlar çənədən sazdı. Mənasız yazanlar elə dayazdı, Tarixdə qalarmı görüm ay şair? Ustadlar karvanı qoşub getdilər, Cılız söz deyənlər koma bitdilər. Hər yanı şeytana meydan etdilər, Bu işdən yanacaq gorum ay şair. Haqqın kəlamını oxuyan çoxdu, Ancaq mənasını anlayan yoxdu. Düşmənin tənəsi nizədi, oxdu, İmdada yetişsin pirim ay şair. Hardadı ərənlər, ərlər meydanı, Əflatunun qurban onlara canı. Dirigöz açıram axşamdan danı, Elə bil qor olub yerim ay şair. 31.08.2018. |