TÜRKÜN ZƏFƏR BAYRAMIDIR
Türkün zəfər bayramıdır,
Alqış olsun bu millətə! Yenilməzdir, vüqarlıdır, O düşməndir hər zillətə. Babalardan miras alıb İgidliyi, dönməzliyi. Gün keçdikcə alovlanır Milli şüur sönməzliyi. Sözə bütöv, düz əqidə Olub əldə bir yarağı. Şan-şöhrətlə doldurulub Tarixinin hər varağı. Atilladan üzü bəri Ulu Türküm ululanıb. Açıb baxsın tarix yazan, Görsün harda nəyi qalıb. Ey Türkümə diş qıcayan, Sən qorxaqsan, çəkil geri. Böyük Türkün qarşısında Öpməlisən qara yeri. Türk şəhidin axan qanı Bayrağının rəngindədir. Bu millətdə şərəf , qürur Asimanda, əngindədir. Var ol səni, daim yaşa Ata türküm, baba türküm! Səninlə mən fəxr edirəm, Mənim arxam, mənim ərkim! 30.08.2018. |