GƏZİRƏM
İtirmişəm bülbülümü,
Səhər-axşam mən gəzirəm. Həsrətəm şən nəğməsinə, Ovcumdadı dən, gəzirəm. Xiffətindən könlüm dolub, Aləm mənə zülmət olub. Hər yanımı duman alıb, Gözlərimdə çən gəzirəm. Əflatunun bahar-yazı Xoş keçəndə ötür sazı. İstəmirəm bəd avazı, Qarğalardan gen gəzirəm. 19.08.2018. |
Anlamlı paylaşımdı…
Şiir sev, Şiir oku, Şiir yaz...
..................................... Saygı ve selamlar..