YAR ANDI GETDI
Sevgiylə yaranıb bu bəşəriyyət,
Adəm də sevgiylə yarandı, getdi. Məcnun Leyli sevdi, kama yetmədi, Dolandı səhranı, yar andı, getdi. Yar sevən, sadiq ol yaxşı yarına, Yar gərək yarına yaxşı yarına. Aşıq həsrət qaldı Yaxşı yarına, Dilində hər zaman yar andı, getdi. Ayları vəsf elə, şeri yaza yaz, Qış tufan görürəm, daha yaz ayaz. Əflatun, sevgidən indi yaza-yaz, Sinəndə sağalmaz yarandı, getdi. |
Yorumunuzun duygulara yakışır biçimde olması gurur verici…
Şiir sev, Şiir oku, Şiir yaz...
..................................... Saygı ve selamlar..