NƏ DÜŞƏR-DÜŞƏR
Yön çevir Allaha sidqi-dil ilə,
Ondan da bəxtinə nə düşər-düşər. Payını verəcək Yaradan özü, Darıxma vaxtına , nə düşər-düşər. Bir təmiz sevgini halaldan istə, Halalın yaxşısa, saxla göz üstə. Eşqi-məhəbbəti qəlbində bəstə, Gözəllik taxtına nə düşər-düşər. Əflatun, yolunu dolan-gəz mətin, Nə qədər olsa da yaşamaq çətin. Haqdan ki gələcək ruzi-qismətin, Baxma az-çoxuna, nə düşər-düşər. |
Geçmiş değerler dimdik ayakta durmakta, gizemli duyguları kutlarım...
Kalemin ve kelamın susmasın...
_______________________________Saygı ve selamlar..