ÖZÜMDƏSƏN
Saxlayıram inci kimi,
Bu qəlbimdə, özümdəsən. Can içində canım kimi, Bir də şirin sözümdəsən. Getsən gözdən ollam sərsəm, Qərarım yox sənsiz bir dəm. Xəyalındı mənə həmdəm, Hara baxsam gözümdəsən. Baxma indi qocalıram, Mən sevgidən bac alıram. Fərhad kimi güc alıram, Təpərimdə, dizimdəsən. Əflatunam, alışıram, Məhəbbətlə ovuşuram. Gecə-gündüz çalışıram, Hər açdığım izimdəsən. 08.08.2018. |
Şiiri çok beğendim, tebrikler…
Kaleminize ve gönlünüze sağlık...
………….………………. Saygı ve Selamlar…