GÖZƏLDİ
Ovqatımı nurlu etdin bu səhər,
Xoş kəlamın, şirin dilin gözəldi. Dəstə tutub, çələng hördün al-əlvan, Tər ləçəkli qızılgülün gözəldi. Ağlığını təzə qardan götürüb, Tərpənişi bu huşumu itirib. Kəsə sözüm, məni cana yetirib, O xınalı, nazik əlin gözəldi. Səni görən göz yuxudan pay almaz, Gözəlliyə tovuz quşu tay olmaz. Bu görkəmdə günəş olmaz, ay olmaz, Nərmənazik incə belin gözəldi. Bəşər deyil sənə canı ötürən, Bir mələkdi bu dünyaya gətirən. Sənin kimi nazənini yetirən, Bəxtəfərdi deyim, elin gözəldi. Hər baxışın ürəyimə millənir, Əflatunun könül sazı dillənir. Ağ üzündə əcəb qəşəng yellənir, Dalğa-dalğa qara telin gözəldi. |
Kalemin ve kelamın susmasın...
_______________________________Saygı ve selamlar..