MÖHTAC EYLƏMƏ
Allahım, adilsən, ədalət eylə,
Heç kəsi pis üzə möhtac eyləmə. Özün yaratdığın bəndənə acı, Şoran səhra, düzə möhtac eyləmə. Hərəyə bir ömür vermisən belə, Qıyma, bu ömürlər getməsin yelə. Eləsən yaxşıya, gözələ elə, Çaşqın, ağlı aza möhtac eyləmə. Əflatun duaçı, qulağı səsdə, Yetir qismətimi, halaldan bəsdə. Desinlər sonsuzdu bu filankəs də, Nankor oğul-qıza möhtac eyləmə. |
Kalemin ve kelamın susmasın...
_______________________________Saygı ve selamlar..