2
Yorum
5
Beğeni
5,0
Puan
807
Okunma
Dedim ol gül üzünə ey mahi-taban, aşiqəm,
Sərv tək şux boyuna, vallahi hər an aşiqəm.
Çəkilib ərşə qərar, yox daha səbrim də, inan,
And içim, qoy şahidim olsun ol Quran, aşiqəm.
Həsrətin dağ-dağ edib sinəmi bir atəş ilə,
Sənin eşqin edibdir könlümü viran, aşiqəm.
Rəhm elə bir gözümə gəl görün ey sərvinazım,
Olmuşam sevdan ilə Məcnuni-nalan, aşiqəm.
Nola ki yön çevirib, bir baxasan gözlərimə,
El bilir Əflatunam, mən gözü giryan aşiqəm.
5.0
100% (3)
Hesabınıza giriş yapın ya da yeni üyelik oluşturun.