SƏNDƏN
Mən bir dəli aşiqəm, istərəm vəfa səndən,
Qoy sürüm eyşü-işrət, mən görəm səfa səndən. Məhəbbət ülvi hissdir, onu hər kəs anlamaz, Özün yet imdadıma, qoy gəlsin şəfa səndən. Layiq deyil sevəni çəkəsən imtahanə, Mən görəm zülmü-sitəm, çox cövrü-cəfa səndən. Hər gözəlin görünür, üzdə bir nöqsanı var, Əflatun görməyibdir qeyri basəfa səndən. 20.07.2018. |
Gönül dostu; Okunuşu ve anlamı enfes ve çok güzel bir şiir...
Gönlüne ve kalemine sağık...
............................................... Saygı ve selamlar..