YAĞIŞ YAĞIR
Yağış yağır narın-narın,
Hava yaman soyuyubdur. Şirin-şəkər arzuların Qoynunda qəlb uyuyubdur. Səhərin erkən çağında Ürəklərə nur ələnir. Göy üzündən gələn rəhmət Yer üzünə səpələnir. Bezirik lap, dözəmmirik Yayda isti, qış soyuqdan. Çatmır daha səbrimiz də, Darıxırıq biz nahaqdan. Bu da Haqqın bir lütfüdür Yaratdığı varlıqlara. Kəm eyləməz ruzisini, Salsa bizi darlıqlara. İsti-soyuq imtahandır, Hər şeyin bir çarası var. Təbiət öz işindədir, Hərdən ağı, qarası var. Dünyanın hər cür işinə Biz də hazır olmalıyıq. Hər nə gəlsə Haqdan bizə, Payımızı almalıyıq. 17.07.2018. |
Şiirin; yazılışı mükemmel, geçişler mükemmel, akışı mükemmel...
Gönlüne ve kalemine sağık...
............................................... Saygı ve selamlar..