BU GƏLƏN (müxəmməs )
Qoy söyləyim əhvalını,
Düşsün yazara bu gələn. Bar İlahım heç qıymasın, Gələ nazara bu gələn. Çox arifdi, hər kəlməni, Yaxşı sezər a bu gələn. Bəd deyəni, nanəcibi, Qoyar azara bu gələn. Oda yanan aşiqini, Çəkər güzara bu gələn. Söz anlayan əhli-halın, İşvəsi də gözəl olar. İşarəynən him eyləsən, Gəlib yanında da qalar. Sevgisini, həm nazını, Gülə-gülə cana salar. Qıya baxsa qaş altından, Neçəsinin canın alar. Eşq əhlini əsir eylər, Satar bazara bu gələn. Necə də gözəl yaraşır, Əynindəki yaşıl, alın. Aləmə də bəlli olub, Ağlın-huşun, xoş kamalın. Xudam versin hər murazın, Çin olsun arzu-amalın. O da bilir Əflatunu, Heyranıyam gül camalın. Sözlərimi tərsə yozub, Qoymaz qızara bu gələn. |