İNCİ
Açdım ürəyimin sir sözlərini,
Sənsə öz dediyin " düz"ündən inci. Mən ki çox sevmişdim gül camalını, İndi pərdələnmiş üzündən inci. Çox çəkdim yolunda hər cür cəfanı, Bilmədin məndəki mehri-vəfanı. Tikanlar qoynunda gəzdin səfanı, Haqqı əyri görən gözündən inci. Dilim həqiqəti söylərdi sənə, Bilmədin, qəlbimi yandırdın yenə. Aşkara söylədin böhtanlar mənə, Yalan söhbətindən, sözündən inci. Olmadın haqlını bir zərrə duyan, Özünü göstərdin şeytana uyan. Əzab - əziyyətə, zülümə dayan, Əflatun neyləsin, özündən inci. 22.06.2018. |
Kalemin susmasın
_________________________Selamlar