AY NAMƏRD ( ünvanlı )
Az daş tulla arxamca, bir gün özünə dəyər,
Hərzə-hədyan danışma orda-burda ay namərd. Hamı yaxşı bilir ki, nə yuvanın quşusan, Camaat dodaq büzür olsan harda, ay namərd. Hiyləgər niqabınla sən üzünü sarmısan, Harda nabələd görsən, tez oraya varmısan. Hər yerdə dilənçi tək əl açıb yalvarmısan, Səndən görən olmayıb qışda qar da, ay namərd. Danışma el yanında, həyan olsun, bir kiri, Ən abırsız alçaqsan, alçağın olmaz yeri. Mən gözəllik aşiqi, sənsə şorgözün biri, Hər yetənə sataşma düşən yerdə, ay namərd. Nahaqdan deməyiblər : " tərəzidi el gözü ", Xalqı avam bilmə sən, fikirləş hər bir sözü. Əflatun yaxşı seçir həm əyrini, həm düzü, Mərifət olan yerdə, varam orda, ay namərd. |