ŞEİR OĞRUSU
Sənin öz quyunda suyun yoxdursa,
Özgənin quyusu nə verər sənə? Halallıq ürəyə sərinlik səpər, İzinsiz içəndə alışar sinə. Təbi Allah verir kimə istəsə, Oğurluq kişiyə yaraşmaz, adam. Şairlər anadan şair doğulur, Şeir oğrusuna əzəldən yadam. Şeir də şairin bir həyatıdır, Ona ortaq olmaq günah, doğrusu. Əgər əl çəkməsən bu namərdlikdən, Adın olacaqdır " şeir oğrusu ". |