ÖLDÜRÜR (qəzəl)
İmdad eylə ya Rəbb, məni bir cəllad öldürür,
Salıb atəşlərə ey dadi-bidad, öldürür. Yoxdur insafı onun, yaxıb yandırır məni, Yazır fərmanımı barmağı şümşad, öldürür. Söyləmir qəsdi nədir, od salır şirin cana, Kəsir taqətimi, mən eylərəm dad, öldürür. Cadumu, əfsunmu ondakı bu gözəl əda? Bir ləhzə olmadım sehrindən azad, öldürür. Nazü-qəmzəylə o meydan açır eşq əhlinə, Ruhumun hakimi, özü mənə yad, öldürür. Nə ki bu Əflatunu, bir qıya baxsa əgər, Neçə canlar alıb, eyləyir bərbad, öldürür. |
Kalemden dökülenlerin şiirleşmesi...
........................................... Saygı ve selamlar..