ÖLDÜRÜR
Bu naza-qəmzəyə tabım yox mənim,
Bir insafsız oda salıb öldürür. Gözlərində ölüm hökmü oxunur, Dodaq altı incə gülüb öldürür. Belə insan olmaz onun şəstində, Cismimi yandırır közün üstündə. Əzraili gördüm canım qəsdində, Allahdanmı izin alıb öldürür? Ona bəd deyənin dili qurusun, Müxənnət şərindən Tanrı qorusun. Yerişi-duruşu əfsundur əfsun, Əflatun sehrində qalıb, öldürür. |
Kalemin susmasın
_______________________Selamlar