ÇƏKİR (gəraylı)
Bilmirəm ki ötən aylar,
İllər məni hara çəkir? Söz düşəndə eşq əhlindən, Tez-tələsik ora çəkir. Qəlbim dinir şən həvəsdə, Gözəllər də kəmərbəstə. Cəllad kimi durub qəsdə, Mən yazığı dara çəkir. İstəyirəm bahar-yazı, Dilimdədi xoş avazı. Bu könlümün işvə-nazı Xumar gözlü yara çəkir. Sinəmdən söz tökə-tökə, Öldüm fikir çəkə-çəkə. Sevgim məni tikə-tikə Edir, para-para çəkir. Əflatunam, sözüm yəni, Sökür, didir həvəs məni. Bilirsənmi bunlar səni Bir qurulmuş tora çəkir? 27.03.2018. |