SƏNSƏN
Bir söz ilə ixtiyarım
Əllərimdən alan sənsən. Məni qoyub üzə həsrət, Pərdə içrə qalan sənsən. Üzündə yeddi qat pərdə, Zalım, məni saldın dərdə. Neçə yol yandırıb, bir də Od içinə salan sənsən. Eşqin alıb məni məndən, Mən necə əl çəkim səndən? Acılayıb durma gendən, Qana bais olan sənsən. Əflatun qurbandı sənə, Aç pərdəni, bir bax mənə. Ölmüşəm, öldürmə yenə, Ovcu qanla dolan sənsən. |