MİSKİN AŞİQLƏ GÖZƏL XANIMIN DEYİŞMƏSİŞiirin hikayesini görmek için tıklayın Yaşı ötmüş, amma hələ də subay olan Miskin adlı bir oğlan yaxın dostu olan bir şairlə söhbət edə-edə yol gedirdi. Şair Miskini danlayır, nə vaxta kimi subay qalacağını deyirdi. Miskin cavabında dedi:
-Qardaş, vallah elə birisini tapa bilmirəm ki, həm gözəl ola, həm halal süd əmmiş ola, həm də əhli-dil ola, dərdini deməmiş anlaya. Şair dedi: -A kişi, beləsini hardan tapacaqsan? Beləsini axtarmağa qalsan, ömür boyu subay da qalacaqsan. Gəl bir Allah bəndəsini nişan ver, aranızı düzəltmək məndə. Bu vaxt qarşıda həddindən artıq gözəl olan gənc bir xanım göründü. Şair Miskinə dedi: -Gəl bir bunu sınayaq. Qismət Allahdan. Bəlkə işimiz düzəlir. Yaxınlaş, əl uzat, salam ver. Miskin qıza yaxınlaşıb salam verdi. Görüşmək üçün əl uzadanda qız ona tərs bir nəzər salıb uzaqlaşmaq istədi. Miskinin də az-çox şairliyi var idi. Dərd-qəmdən şerlər yazardı. Yazıq Miskin dilə gəlib görək qıza nə dedi, qız ona nə cavab verdi:
Miskin aşiq:
Sən gözəlin qəfil düşdüm eşqinə, Əl vermədin, qaldım mən yalvarıqçı. Dedim al qəlbimi, qoy sənin olsun, Elə təşnə oldum mən yalvarıqçı. Gözəl xanım: Mən beləyəm, sehrlərəm hər kəsi, Elə eyləyərəm mən yalvarıqçı. Hər kəsin qəlbinə yaxın durmaram, Salaram başına dən, yalvarıqçı. Miskin aşiq: Sənə yalvarıram gözəl, amandı, Vüsal həsrətindən gözüm dumandı. Bu zülüm, bu əzab mənə yamandı, Xəzan kimi soldum mən yalvarıqçı. Gözəl xanım: Vüsalımı mən ucuza satmaram, Öz eşqimi tərk etmərəm, atmaram. Qafil olub, mən qəflətdə yatmaram, Olarsan həmişə sən yalvarıqçı. Miskin aşiq: Gecə tabım yoxdur, gündüz qərarım, Demədim bol olsun dövlətim-varım. Mən ki gözləmişəm namusum-arım, İndi sənə qaldım mən yalvarıqçı. Gözəl xanım: Nə qədər söyləsən şeri-qəzəldən, Kam ala bilməzsən mən tək gözəldən. Çox gördüm sən kimi aşiq əzəldən, Gətirrəm başına çən, yalvarıqçı. Miskin aşiq: Dedim; bahar gəlib, sevinir hər yan, Təbiət naz satır elə anba an. Dedin; gözləmə get, uzaqda dayan, Bulud kimi doldum mən yalvarıqçı. Gözəl xanım: İstərəm baharı, istərəm yayı, Onlardır bizlərə dünyanın payı. Salma sən ortaya bu qədər hayı, Çəkil gözdən, dolan gen, yalvarıqçı. Miskin aşiq: Qoyma ki dərd məni yaxsın-yandırsın, Könlümü bu sayaq şaxtan dondursun. Qoy Tanrım qəlbinə bir rəhm endirsin, Deməkdən də öldüm mən yalvarıqçı. Gözəl xanım: Nə düşübsən sən bu qızın canına, Cəllad kimi, bil, bələrəm qanına. Kimsə gəlməz çəksən haray yanına, Ağla bu gününə, yan yalvarıqçı. Miskin aşiq: Səni and verirəm bir üzümə bax, Cilvələn, qəlbimi oda, közə yax. Bu yazıq Miskinin gəl qəlbinə ax, Mən olum qoy sənə ən yalvarıqçı. Gözəl xanım: Gözələm, tabım yox bir belə sözə, Gücümmü var bu qədər istəyə dözə? Dayana bilmərəm daha sənsizə, Axırda olaram mən yalvarıqçı. Sonda işin düzəldiyini, qızın yola gəldiyini görüb, bu sevgi macərasına şair belə xeyir-dua verdi: Sevib-sevilməkdi həyatın işi, Dünya gözəlləşər ay yalvarıqçı. Sevgisiz insanlar nəyə gərəkdi, Sevgidən siz alın pay, yalvarıqçı. Dünyanın dövləti hədərdi, hədər, Axırda olacaq qəm-qüssə, kədər. Çox olsa var-dövlət milyonlar qədər, Olmaz bir sevgiyə tay, yalvarıqçı. Sevgilər birləşib olanda qoşa, Məhəbbət çələngi geydirər başa. Saf sevgi dastanı yazdırar daşa, Çalınar həmişə toy, yalvarıqçı. Hər kəsin qisməti gözəl olarsa, Ölüncə sevgilər birgə qalarsa, Şirin meyvəsini hamı dadarsa, Bunu İlahidən say, yalvarıqçı. Deyirlər zaval yox doğruya, düzə, Tale hər bir zaman qoy gülsün üzə. Əflatun sözləri söylədi sizə, Nəsihət yerinə qoy, yalvarıqçı. |
Çok beğendim...