AY QIZ
Getsən göz önündən dünyam qaralar,
Hər zaman mən səni səslərəm ay qız. Mənə könül verib qalsan yanımda, Sevib bu qoynumda bəslərəm ay qız. Nazlanıb qarşımda durasan hərdən, Atılıb boynumu qucasan birdən. İncidən, mərcandan, ləl-cəvahirdən Boyun-boğazını süslərəm ay qız. Şairəm, qoy deyim axır sözümü, Sevginlə verəsən mənə dözümü. Sadağa eylərəm özüm özümü, Yolunda qurban tək kəslərəm ay qız. 01.02.2018. |