VÜSALIN QİSMƏTİM OLA DÜNYADA
Odu söndürməyə suyum da yoxdu,
Kərəm tək yandırdın məni bu oda. Harayım kimlərə çatacaq indi, Kimlərə söyləyim, gedim imdada? Sən Leyli, mən Məcnun, yerimdir səhra, Tut məni özün çək çarmıxa, dara. Desinlər qurbandı bu yazıq yara, O zaman bilərəm getmədim bada. Əflatun vurğundu sən tək dilbərə, Sənli günlərimi saymam hədərə. Gündə arzularam neçə min kərə, Vüsalın qismətim ola dünyada. 27.01.2018. |
Kalemin susmasın
__________________________Selamlar