NEYLƏRƏM?
Yoxdursa şöləsi, yoxsa istisi,
Dumanın içində Ayı neylərəm? Kaman çürük çıxıb, oxum küt olub, Əvəzində sağlam yayı neylərəm? Təbib olan yaralarım sarmasa, Tale yazan taleyimi görməsə, Qismətimi Allah özü verməsə, Xəsis əldən gələn payı neylərəm? Ay Əflatun, şirin dillər ötməsə, Hay deyəndə harayıma yetməsə, Dar günümdə mənə imdad etməsə, Quruca səslənən hayı neylərəm? 25.10.2017. |
KUTLARIM...
Beğendim...
........................................ Saygı ve selamlar.