DAĞLARDA
Yenə ürəyimdə qövr edir həsrət,
Uşaqlıq axtarır gözüm dağlarda. Hər daşın, qayanın yanında qalıb, Yəqin ki pozulmaz izim dağlarda. Yaşamaq eşqiylə quşlar oxuyur, Çiçəklər çəməndə naxış toxuyur. Qoynun içi sanki cənnət qoxuyur, Qaynar bulaq olur sözüm dağlarda. Kəklik nəğməsidir ruhuma məlhəm, Qırqovul səsini unuda bilməm. Suyun şırıltısı könlümə həmdəm, Bir xoşbəxt oluram özüm dağlarda. Bülbül avazını unutmaram mən, Qataram səsimi səsinə hərdən. Bürüsə başını əgər duman-çən, Vüqarla görünür dözüm dağlarda. Əflatun qəm camı içir könüldən, Arzu qanadları açır könüldən, Bir duyğu, bir həvəs keçir könüldən, İstəyirəm yenə azım dağlarda. |
Beğendim...
........................................ Saygı ve selamlar.