GƏRƏK (divani)
Hər yetəndən şair olmaz, şair üzü ağ gərək,
Şər-böhtandan kənar ola, fitnədən uzaq gərək. Bəd fikirdən, çirkin sözdən gen dolana, gen gəzə, Könlü haqqa bağlı ola, elə bu sayaq gərək. Oturanda, duranda da ədəb-ərkanın bilə, Sözlərinə qiymət qoyub, xoş danışa, xoş gülə. Hər kəlməsi nəğmə ola, naz eyləyə bülbülə, Şairlər Allah dostudur, daim kefi çağ gərək. Əflatunam şairlərə çoxdu mənim hörmətim, Sözə qiymət qoymayana vardır hədsiz nifrətim. Sözdən mətləb qanan kəslə bağlamışam ülfətim, Söz anlamaz uzaq dursun, dinməsin nahaq gərək. 28.08.2017. |