SƏNİ
Bel bağlama vəfasıza,
Salar yanar oda səni. Bircə dəfə qoxulayar, Sonra satar yada səni. Ürəyinə yatan kimi, Arzusuna yetən kimi, Məqsədinə çatan kimi, Saymaz heç bir zada səni. Əflatunam, etibarsız, Sevgi bilməz, eşqi karsız, Bir həyasız, üzü arsız, Lap gətirər dada səni. 21.09.2017. |