MƏN AĞLARAM,XƏZAN
***
(sonbahar şeirlərindən) * Bir sonbahara da mərhaba dedik, üzdük ürəyini ömrün təqvim varaqlarında, mövsümlər yaşadıq bitməyən yolların tikənlərindən keçərək. Anılar qaldı izlərimizdən toz basmış aynalar kimi. Bir də xəzan dedik sonbahara, güz güllərin qoxusundan dedik, həsrət yaşlarını ağlayan gözlərin yağmurlarından dedik, xəzəl olan ömürlərdən dedik. Ürəklər titrərkən sevdalarıyla bir ümid ölər sis bürümüş yollarında həyatın, gözləri qapanmaz. Ölürkən ümidlərin gözləri qapanmazmış kömür qoxuyan topraqlarla. Xəzan,ah xəzan! Həp əlvidaymış ağlındakı!... Əl sallar mənə bir karvan da böylə köçər, köçmən quşlar kimi. Məndən gedər o köçənlər, mənə dönməməyə gedərlər. Məndən gedənlər mənə dönməzlər... heç dönmədilər ki! * Anlat məni,xəzan, təkcə sən anlata bilirsən, qırx iki ayaqlarımla, otuz altı hərarətimlə deyil, sənə tutqun ruhumla anlat məni. Nə bu,üfüqlərdəki saraltıların, nə bu,rüzgarların, nə bu,yağmurların?! Tanrı mı oldun göyün buludlarına, bir ovucluq kölçələrdə qəfəs mi oldun muncuq damlalara- məhbus kişilərin göz yaşlarına. Ağlat məni.xəzan! Təkcə sən ağlada bilirsən. Tüm özgürlüklər səndə ölürmüş, ağlat məni ölümlərinə, ölən özgürlüyümün ölümünə ağlat məni! Kişilər ağlamazlar deyirlər ya, mən ağlaram,xəzan, mən ağlaram! * |
Kalemin susmasın
___________________________________________Selamlar