2
Yorum
2
Beğeni
5,0
Puan
865
Okunma
"""
Yorulub bu gecə yatmış
xoruzun banında,
səs səmir yox,
tək mənəm ruzi gəzən
sübhün dumanında.
Qapanıb gözlərinə kimsələrin
lal yuxular,
yuxularda uyuyur
bir şüşəlik tünd qoxular...
Fısı çıxmış şarının,
bir də dolar mı şayət,
ümidi bir xoruza
uyqudadır bu millət.
Xoruzlar banlamadı!
Mərhaba gün!
Ən yeni sən!
Qoyma bu əyri çığırlarda,
bu fəna tində bizi,
bu uçuq dam daş
içində,
bu soyuq hində bizi.
Mərhaba,ən yeni gün!
"""
5.0
100% (1)
Hesabınıza giriş yapın ya da yeni üyelik oluşturun.