0
Yorum
2
Beğeni
5,0
Puan
724
Okunma
*
Sevgilim,mən səni
sadəcə sevirəm,
ya kəndimi bülbülə,
ya səni gülə bənzətməm.
Gül olub
güldanda olmaq,
bülbül olub
qəfəsdə olmaq
qədər dəhşətdir!
Ya səni yaxıb
külünə ısınmıram,
ya kendimi yaxıb
səni ısıtmaq
fikrində deyiləm.
Yetər bu hoqqabazlıqlar,
bu sayıqlamalar,
yalan,saxta
sevgi nəzəriyyələri,
eşq adına yazılan
kitab kitab sevgi
qanunları,
sevişmək üsulları.
Burax Əsli Kərəm
dastanını,
Leyla Məcnun
masalını,
gəl gerçəkləri konuşak.
Gəl adam kimi
sevişək,
elə Həvva kimi,
Adəm kimi
sevişək.
Sən ki,məndən
doğdun!
Yarımsan!
Bu bəs deyil mi?!
...
5.0
100% (1)
Hesabınıza giriş yapın ya da yeni üyelik oluşturun.