BU 1 MAYISDIR
BU 1 MAYDIR
Ay ağalar, insaf edin dayanın, Ilin hər gününü qul olduq sizə. Kim eşşəkdir biz də ona palanıq, Özümüz lüt gəzdik, çul olduq sizə. Bircə gün var, gəlin ona dəyməyin, Nümayişdə zopalayıb döyməyin, Bu 1 Maydır, qara günə qoymayın, Yolsuz qaldıq ancaq, yol olduq sizə. Ayaqlayıb üstümüzdən keçdiniz, Arzumuzu zəmi kimi biçdiniz, Qanımızı qədəhlərdə içdiniz, Sərvəti artıran, pul olduq sizə. Işıqlı dünyada zülmətə düşdük, Fabrikdə qovrulduq, zavodda bişdik, Hər gün əlinizdən zəhər də içdik. Acılı zəy yedik, bal olduq sizə. Coculu der:-hər zülümün sonu var, Səbrimizin inqilaba yönü var, Məzlumların silah tutan canı var, Bəsdir, yetərincə lal olduq sizə. |