1
Yorum
4
Beğeni
5,0
Puan
1432
Okunma
BU DÜNYANI QURAN SƏNSƏN A MƏZLUM
Qalx ayağa, haqqlarını tələb et,
Bu dünyanı quran sənsən, a məzlum!
Zamanların qalaq-qalaq yükünü,
Çəkə-çəkə duran sənsən, a məzlum!
Əllərində min illərin çatı var,
Kürəyində donqarların qatı var,
Zalımların hökm eyləyən zatı var,
Ömrü bada verən sənsən, a məzlum!
Qalx ayağa, yetər artıq əzildin,
Zəli kimi sümürdülər üzüldün,
Öksüz qalıb tarixlərə yazıldın,
Gözüylə od görən sənsən, a məzlum!
Coculu der, əzab səni yormadı,
Ümidini bircə an da qırmadı,
Divan qurub Tanrı halın sormadı,
Tarixləri yoran sənsən, a məzlum!
5.0
100% (3)