ŞER DURUB HAYIRLA DÖYÜŞÜR İNDİ
ŞƏR DURUB XEYİRLƏ DÖYÜŞÜR İNDİ
Yenə də cahillik baş alıb gedir, Həyata baxışlar dəyişir indi. Nadanlar meydanda alimlik edir, Şər durub xeyirlə döyüşür indi. Yuxudan oyanıb metafizika, Kapital dünyaya bəla gətirir. Gümanla yürüyür əhli-zamana Dialektik qanunlar dəyər itirir. Inkişaf, təkamül yalan sayılır, Yerinə yalançı dəyərlər gəlir. Mücərrəd düşüncə artır, yayılır, Insanı dəyişən baxışlar ölür. Insanın zəkası arxada qalıb, Taleyi ulduza, fala söykənir. Xurafat dünyanı əlinə alıb, Minillik faydasız yola söykənir. Doğrudur, yalandır söyləmək çətin, Dünyanın varlığı ruha bağlanıb. Insan bu dünyaya gəlsə də mətin, Adəmə, Həvvaya. Nuha bağlanıb. Zaman da mövcuddur, məkan da mövcud, Dünyanın vəhdəti varlığındadır. Şüurda inikas etməzsə vücud, Ağılın, zəkanın darlığındadır. Ağılın məntiqi belə deyir ki, Dünya vəhdətdədir mövcud olanda. Yaradılan varlıq dərk edilir ki, Nitq ilə təvəkkür qalib gələndə. Bir səbəbi var ki, dünya yaranıb, Nəticə olaraq mənasındadır. Ümumi təkcədən artıb, törənib, Ziddiyyət daxili dünyasındadır. Varlığın daxili mahiyyətində, Ziddiyyət olanda zərurət doğur. Keyfiyyət olmasa kəmiyyətində. Formalar yaranır məzmundan ağır. Həyatın forması elə dolaşır, Kerçəklik imkandan asılı qalır. Kapital dövr edir həddini aşır, Mənaya hökm edən üsulu qalır. Ey insan bacar ki, doğru gedəsən, Dünyanın qaməti əyilən zaman. Inkarı inkarla əvəz edəsən, Təlimlər, baxışlar qoyulan zaman. |
Kalemin susmasın
____________________________Selamlar