İndi de Kanadlı Melekdi Ucak
INDİ DƏ QANADLI MƏLƏKDİ UÇAQ
Bir zamanlar şeytan əməli dedik. Indi də qanadlı mələkdi uçaq. Ruhani başçısı minib gəzəcək, Arzudu, əməldi, diləkdi uçaq. Indi də qanadlı mələkdi uçaq. Qanadı üstündə ərşə gedəcək, Göz açıb yumunca kürşə enəcək. Dünyanı dolanıb geri dönəcək, Göylərin qatında küləkdi uçaq. Indi də qanadlı mələkdi uçaq. Cismi dəmirdəndir, nəfəsi yoxdur, Yuxuda murazdır, həyatda baxtdır. Itməyən zamandır, qazanclı vaxdır, Ən böyük möcüzə, kələkdi uçaq. Indi də qanadlı mələkdi uçaq. Hegelin ,Hüqonun, Baxın olubdur, Kasıbın deyil ki, toxun olubdur, Coculu, bizə də yaxın olubdur, Vallah müsəlmana calaqdı uçaq. Indi də qanadlı mələkdi uçaq. |