TÜRK İDİK YENİDEN TERK EYLEDİLERMəntiqə söykənib, elmin gücüylə, Dünyanı idrakla dərk eylədilər. Etiqad axtaran xurafatçılar. Həyatı qanmadan tərk eylədilər. Yüz illərlə göz açıb göyə baxdılar, Insan zəkzsıyla Aya çıxdılar. Yerin bayrağını ərşə taxdılar, Göylərin şahına ərk eylədilər. Istibdadı içimizə dürtdülər, Ağzımızı qıfıllayıb örtdülər, Danışanı yavaş-yavaş yortdular, Zalımın zülmünü bərk eylədilər. Siyasət ilə din qardaş oldular, Ağlımızı başımızdan aldılar, Bu dünyanı yaman günə saldılar. Tanrının adından görk eylədilər. Ay Coculu, özümüzü bilmədik? Azdırdılar , doğru yola gəlmədik, Zaman-zaman adımızla ölmədik, Türk idik, yenidən Türk eylədilər. |
Yüreğin Vâr olsun...
Tebrik ve Selâm ederim Ustam... Sağolasın.
Kadir Yeter. 2015 TRABZON.