O-YAM KIM YADINA SALACAQ MENI
***
Mən aşıq deyiləm,ozan deyiləm, Mən şair deyiləm,yazan deyiləm, Nə kamil,kəlamı yozan deyiləm, Mən suram,İsrafil çalacaq məni. * On iki pirani-biri mənəm,mən, Veysələm-Qərani,piri mənəm,mən, Allahın Qur’anı-sirri mənəm,mən, Səlatam,salehlər qılacaq məni. * Doqquzam,yeddiyəm,altıyam,üçəm, Halalam,haramam,tövbəyəm,suçam, Həqiqəm,yalanam,fənayam,puçam, Kərəməm,kərimlər bulacaq məni. * Nə Şeytan,nə mələk,Allah deyiləm, Nə "mən",nə "sən",nə "biz" hərgah deyiləm, Çahiləm,çox şeydən agah deyiləm, Bulacaq çalacaq olacaq məni. * Vahidəm,vaqifəm,və’dəm,vəsiyyəm, Əliyyən Mürtəza-haqqın səsiyəm, Seyyidem Nəsimi,onun kəsiyəm, "O"yam kim yadına salacaq məni. *** |
Çox şad oldum oxuyanda usta
Qelemin susmasın gözeldi
___________________________________Salam olsun ustaya ve Ata yurduma