AH,BİLSEN NE ŞEYLER GEÇER GÖNLÜMDEN...
***
("xatirələr sokağı" ndan) *** Salmır köhlənimi daşa,kəsəyə, Bilir məhəbbət də qocalmaq nədir. Bilir çırağımın yağı qurtarıb, Külək də,yağmur da bir bəhanədir. * Bilir günahını cavanlığımın, İndi utandırıb tövbəyə çəkir. Gündüzlər tovlayıb qatır başımı, Geçələr küsdürüb növbəyə çəkir. * Bilir ki,girdədir dünyam başından, Tərpətdin yerində dayanan deyil. Bu yaşın həvəsi nənəm kimidir- Yatdı mı top atsan oyanan deyil. * Ah,bilsən nə şeylər keçir könlümdən?! Ah,bilsən nə şeylər keçir könlümdən, Fələk ilığımı hələ vurmamış. Yaşamaq,yaşamaq ,yenə yaşamaq Həyat köhlənimi selə vurmamış... * Bir çimdik duz alıb yarama səpim, Yatmayım,gözləy im alma dərəni. Keçim əlli yaşın dar cığırından, Duman bürüməmiş bəndi,bərəni. * Köçüm,xəyal qurum ağ çadırlara, Bir pəri misalı qızı gözləyim. Bu qış alammadım umduqlarımı, Uyuyub baharı,yazı gözləyim. * Eşqin yandıranı,söndü rəni var, Alışan o olsun,sönən mən olum. Yüz dəfə gecələr durub başına Dolanan mən olum,dönən mən olum. * Bəlkə də,hardasa təşnədi könül, Bəlkə də,hardasa yanır dodaqlar. Gecə pıçıldayıb dediklərini, Gündüz həya edib danır dodaqlar. * Təsəlli arayır gördüklərindən. Orda bir ümid var-hara göz baxır. Bəlkə də, hardasa arxamca dalğın Bir çüt öpülməmiş qara göz baxır. * Diksinib ayılır duyğularım,bəs Demə,duyduqları m xoş xəyalıymış. Verdiyim ömrümün gənclik illəri, Aldığım bir ovuc boş xəyalıymış. *** |