2
Yorum
2
Beğeni
5,0
Puan
1009
Okunma

“A qibləgahım”
Səni görəndən bəri
Yandırır dağı ahım.
Bilmirəm axı nədir,
Nədir böylə günahım?
Söylə, a qibləgahım.
Dost-tanış yalan oldu,
Rəngim saralıb-soldu,
Ürəyim qanla doldu.
Olmursanmı pənahım?
Söylə, a qibləgahım!
Hicrana dözüm necə?
Gəl görüşək gizlicə.
Yaman uzundu gecə,
Nə vaxt gələr sabahım?
Söylə, a qibləgahım!
Qəlbimi yaxdın oda,
İnsaf et, baxma yada.
Neyləsin indi Fəda,
Ölsünmü, üzü mahım?
Söylə, a qibləgahım.
5.0
100% (2)
Hesabınıza giriş yapın ya da yeni üyelik oluşturun.