QISQANIRAM
Bilmirəm nədəndir, gözəlim, səni
Əlində gülə də qısqanıram mən. Lap elə özgə yox, doğma olsa da, Gül verən ələ də qısqanıram mən. Salmısan çöllərə mən tək dəlini, Rəhm eylə, əlimdən çəkmə əlini. Qoymaram dağıda bircə telini, Saçında yelə də qısqanıram mən. Sevgi yollarında mənəm yoldaşın, Sən məni itirsən, itər sirdaşın. Sel kimi tökülsə gözündən yaşın, O axan selə də qısqanıram mən. Vaxt keçib, o vaxtlar deyildir daha, Bu yolda batmışam xeyli günaha. Sözüm həqiqətdir, inan Allaha, Bil, səni hələ də qısqanıram mən. |