6
Yorum
8
Beğeni
5,0
Puan
1838
Okunma

Ömrümün cavan çağında
Bir gül sevdim eşq bağında.
Tez də yandım ocağında,
Bu eşq məni kül eylədi.
Ürəyimdən oydu məni,
Diri-diri soydu məni.
Səhrada tək qoydu məni,
Bu eşq məni kül eylədi.
Üşüdüm,ona büründüm,
Qırıldım,məzlum göründüm.
Dalınca xeyli süründüm,
Bu eşq məni kül eylədi.
Yalvardım,üzə baxmadı,
Gül oldum,döşə taxmadı.
Yandım,su olub axmadı,
Bu eşq məni kül eylədi.
Fəda,kəsildi amanım,
İlə döndü onsuz anım.
Əldən getdi din-imanım,
Bu eşq məni kül eylədi.
5.0
100% (6)
Hesabınıza giriş yapın ya da yeni üyelik oluşturun.