XOCALI
Bir qış gecəsində yurdum talandı,
Əhali,ev-eşik oda qalandı. Qurşundan,mərmidən torpaq da yandı, Bu necə bir dəhşət,zülüm,Xocalı, Aç yenə qoynunu,gəlim,Xocalı. Bir ölüm yuxusu gəldimi mənə? Təkcə sinə gərdin azğın düşmənə. Öldümmü,qaldımmı?Çatmadı sənə, Çatmadı o gecə əlim,Xocalı, Aç yenə qoynunu,gəlim,Xocalı. Baxmadı körpəyə,qadına yağı, Çəkdi sinəmizə sağalmaz dağı. Nə vaxt yetişəcək intiqam çağı? Qalıb yad əllərdə elim Xocalı, Aç yenə qoynunu,gəlim,Xocalı. Hələ qulağıma fəryad gəlirsə, Qəlbimi,beynimi didib,dəlirsə, Sənin çiçəyini düşmən dərirsə, Mən necə sevinim,gülüm,Xocalı, Aç yenə qoynunu,gəlim,Xocalı. Səni düşünməmiş keçməyir anım, Halaldı uğrunda son damla qanım. Kaş sənlə alışım,kaş sənlə yanım, Qarışsın külünə külüm,Xocalı, Aç yenə qoynunu,gəlim,Xocalı. Xəbərim olaydı hər bir çağından, Diz çöküb öpəydim mən torpağından. Düzündən,çölündən,bağça-bağından Murdarın izini silim,Xocalı, Aç yenə qoynunu,gəlim,Xocalı. Sanma ki,bu durum daim qalacaq, Oğullar geriyə səni alacaq. Az qalıb,üzülmə,sonda olacaq Düşmənin qisməti,ölüm,Xocalı, Aç yenə qoynunu,gəlim,Xocalı. |
Saygılar...