VURULDUM
Gözümü dünyaya açandan bəri
Gözümə zillənən gözə vuruldum. Dil açıb həm ana, Vətən söylədim, Hər şirin kəlməyə, sözə vuruldum. Dolandım Vətənin oymaqlarını, Gəzdim mənzərəli yaylaqlarını. Sevdim sərin sulu bulaqlarını, Dağlara, meşəyə, düzə vuruldum Çapdım dörd bir yana həvəslə atı, Tanıdım mahalı, eli, elatı. Eşitdim nənəmdən ağı, bayatı, Aşığın döşündə saza vuruldum. Gözəldir Vətənin hər bir qarışı, Canımdan əzizdir torpağı,daşı. Sevdim bərəkətli payızı, qışı, Bəzəkli gəlintək yaza vuruldum. Dağlarda topladım çiçəyi, gülü, Laləni, nərgizi, xarı bülbülü. Gözlədim yazadək sarı bülbülü, Ördəyə, durnaya, qaza vuruldum. Fədakar, min cürə çiçəklər dərdim, Çiçəkdən, güllərdən çələnglər hördüm. Neçə canalıcı gözəllər gördüm, Könlümdə yurd salan qıza vuruldum. |
Kutluyorum kalemini
Yüreğine sağlık
____________________________________Saygılar selamlar