APARDI
Yarıma qoşduğum sevgi nəğməsin
Yad nəfəs apardı, dillər apardı. Könül bağçamızdan tər çiçəkləri Barmaqları qopardı, əllər apardı. Ayrılıq yollarda qoydu gözümü, Çatdıra bilmədim yara sözümü. Sevgi cığırından ayaq izimi Yağışlar apardı, sellər apardı. Bir çiçək bəslədim sevgi bağında, Bülbüllər ötərdi həm sol,sağında. Nə qədər qorudum,qönçə çağında Küləklər apardı, yellər apardı. Düşündüm,görərəm bir gün yarımı, Könlüm unutmayıb əhd,ilqarımı. Yoldan çıxardaraq ol nigarımı Fitnələr apardı,fellər apardı. Qalmışam aralı can sirdaşımdan, Vardır şikayətim indi yaşımdan. O xoş məqamları kor yaddaşımdan Fəda,yaş apardı,illər apardı. |
Bülbüllər ötərdi həm sol,sağında.
Nə qədər qorudum,qönçə çağında
Küləklər apardı, yellər apardı.
Çok hoştu tebrik ederim değerli şair dost daha nice güzel şiirlere selam ve dua ile sağlıcakla huzurlu mutlu kalın hayırlı akşamlar sevgiler saygılar...