..NƏ QALDI?!
Bir sevginin atəşində qalandıq,
Sevgi yolun biz əl-ələ dolandıq. Söylə nədən yarıyolda dayandıq, O sevgidən ikimizə nə qaldı?! O yollarda hey qırıldı ürəklər, Qəlbimizdə dondu arzu-diləklər. Nə vardısa,çaldı bizdən küləklər, O sevgidən ikimizə nə qaldı?! Dilimizdə sındı neçə sözümüz, Kül altında qalıb artıq közümüz. Görən indi bilirikmi ozümüz, O sevgidən ikimizə nə qaldı?! Xatirələr hopdu aya,illərə, Hey rastladıq neçə-neçə fellərə. Eşqimiz də çox dolandı dillərə, O sevgidən ikimizə nə qaldı?! Xoş anları arxamıza ötürdik, Əlimizdə nə vardısa itirdik. Sevgimizi bax beləcə bitirdik, O sevgidən ikimizə nə qaldı?! Hicran adlı bir atəşdən bezmədik, Bu dünyanın sinağına dösmədik. Aramızda olanları çözmədik, O sevgidən ikimizə nə qaldı?! |
Coşan yüreğiniz susmasın.
............................. Saygı ve Selamlar...