QURBAN OLUM
Eşqin biçdim əynimə,
Dünya deyil eynimə. Saçını sal çiynimə, Telinə qurban olum. Məni özümdən qopar, Tovla,özünlə apar. Könlüm rahatlıq tapar, Feilinə qurban olum. Tez-tez eşqimi öyən, Hərdən qəlbimə dəyən, Mənə sevgilim deyən Dilinə qurban olum. Bir istəyim var kiçik, Gəl olma məndən incik. O incədən incəcik Belinə qurban olum. Fədayam,deyil yalan, Qalmışam eşqdə nalan. Mənə uzalı qalan Əlinə qurban olum. |
Gönlüne sağlık.
Beğendim...
............................ Saygı ve Selamlar...