QİSAS QİYAMƏTƏ QALASI DEYİL.
Keçsə də ömürdən çox məqam,çox an,
Sanma yaddaşları siləcək zaman. Nə Şuşa , nə Bayat, nə də Əsgəran, Heç biri erməni qalası deyil, Qisas qiyamətə qalası deyil. Mərhəmət güc gəlib ürəyimizə, Yadı buraxmışıq içərimizə, O da yara vurub ciyərimizə. Bu yara bir kəsin yarası deyil, Qisas qiyamətə qalası deyil. Erməni keçmişi, olanı danıb, Qədim türk yurdunu özünkü sanıb, Torpaq xəyanətdən alışıb yanıb. Vətən innən belə yanası deyil, Qisas qiyamətə qalası deyil. Tarixlər pozulub qaralansa da, Mərd namərd əlilə yaralansa da, Kimsə həqiqəti, haqqı dansa da, Dünya həqiqəti danası deyil, Qisas qiyamətə qalası deyil. Haqqa, ədalətə həmişə yaram, Saxta bir niyyətlə heç yoxdur aram. Nə qədər göstərsək hörmət , ehtiram, Nanəcib yaxşılıq qanası deyil, Qisas qiyamətə qalası deyil. Oynadır yerindən məni qeyrtim, Çoxalır düşmənə kinim, nifrətim. Bilsin bütün dünya :mənim millətim Sülhü yalvarmaqla alası deyil, Qisas qiyamətə qalası deyil. Qoymayaq paslansın qılınclarımız , Hazırdır qisasa oğullarımız . Artıq bilməliyik bunu hamımız: Atəşkəs Vətənin xilası deyil, Qisas qiyamətə qalası deyil. Anadan irəli bircə Vətən var, “Vətəndən pay olmaz” – deyib atalar. Unutsa,bu haqqı dansa Fədakar, Bilin, o bu yurdun balası deyil, Qisas qiyamətə qalası deyil. |
Albenili, okunmasını isteyen şiir sevdası sunuşu.
Beğendim.
………………………………. Saygı ve Selamlar…