BU GÜN
Qalmışam insafsız dünya içində,
Çırpınıb gedirəm xülya içində. Bir azğın,sahilsiz dərya içində Yelkənin itirən gəmiyəm bu gün. Qəm-kədər sirdaşım,qəhər yoldaşım, Yurdundan didərgin neçə yurddaşım. Od tutub torpağım,alışıb daşım, Sünbülü tökülən zəmiyəm bu gün. Çox dərd var könlümü durmadan didən, Artıq sevinməyə yoxdu bir nədən. Həm gecə,həm gündüz qəlbi göynədən Bir sazın qırılan simiyəm bu gün. Bədənim ruhuma olubdu qəfəs, Bir yerə çatmayır nə haray,nə səs. Quruyub boğazım,durubdu nəfəs, Elə bil boğulan kimiyəm bu gün. Varlığım həbsdə,qürurum əsir, İçimdə arzular,istəklər kəsir. Fədayam,qalmışam sərgərdan,yesir, Ömrümün kədərli dəmiyəm bu gün. |
Beğendim.
...................................... Saygı ve Selamlar...